Həqiqət və yalan haqqında maraqlı bir məsəl
Bir gün Yalan və Həqiqət geyimlərini çıxarıb göldə üzdülər. Yalan sahilə çıxanda Həqiqətin paltarını bəyəndi və geyinib getdi.
Sudan çıxan Həqiqət paltarını tapmadı və Yalanın paltarını geyinmək istəmədi. Ona görə dünyaya çılpaq şəkildə çıxdı.
O vaxtdan bəri insanlar çox vaxt yalanı həqiqətlə səhv salır və çılpaq həqiqətin yanında özlərini narahat hiss edirlər.







