Sevgi şairi

Sevgi şairi özünü 🤔 fikirli hiss edir. Şeirlər 28-09-2025, 15:00

Saçıma qar yağıb dən-dənə düşdü

Saçıma qar yağıb dən-dənə düşdü

Bu dünya qəm adlı açıq bir bazar,

Hey dönüb dolaşıb qəm mənə düşdü,

Bir ildə gör neçə həftə bazar var,

Saçıma qar yağıb dən-dənə düşdü.

 

Arxaya boylanıb tapmıram nəsə,

Həyat bir oyundu ömür vəsvəsə,

Arzular ümidlər versə səs səsə,

Bu kədər göz yaşı bəxtimə düşdü.

 

Dörd fəsil qış keçdi olmadı yazım,

Bu ömür yolundan nə xoş gün yazım,

Deyirəm dilə gəl ey könül sazım,

Həyatda elə bil qəsdimə düşdü.

 

Yıxılıb dursamda məğlub deyiləm,

Nə qəmə başa əyəm,nə də əyiləm,

Bəxtim ağlatsada mən gərək güləm,

Dərd çəkdim təsiri qəlbimə düşdü.

 

İlkin yaz bu sözləri qalsın yadigar,

Oxuyan çox kəslər özünü tapar,

Əcəl ömrüm bitən anı mənidə apar,

Kor olmuş bu bəxtim tilsimə düşdü.

 

                                         İlkin Əzizov

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
193 243 206 196 208 197

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.