AzizA

AzizA Kosmetologiya 29-09-2025, 21:30

Botoksdan sonra görmə və nitq pozuntusu riski artır

Botoksdan sonra görmə və nitq pozuntusu riski artır

Son illərdə estetik prosedurlar arasında geniş istifadə olunan botoks inyeksiyaları ilə bağlı yeni narahatlıqlar ortaya çıxıb. Mütəxəssislər botulinum toksininin sinir sisteminə mənfi təsirlər göstərə biləcəyini bildirirlər.

Araşdırmalara əsasən, yüksək dozada və ya qeyri-peşəkar şəkildə vurulan botoks sinir impulslarının ötürülməsini ləngidə və ya bloklaya bilər. Bu isə bəzi hallarda əzələ zəifliyi, görmə problemləri, nitq və udqunma çətinliyi kimi nevroloji əlamətlərlə müşahidə oluna bilər.

Nevroloqlar qeyd edir ki, botoks əslində sinir-əzələ əlaqəsini müvəqqəti dayandıraraq əzələlərin hərəkətini məhdudlaşdırır:

"Lakin bu müdaxilə bəzən orqanizmin başqa hissələrində də təsir göstərə və gözlənilməz nəticələrə səbəb ola bilər. Xüsusilə botoks toksini sinir uclarından mərkəzi sinir sisteminə keçərsə, ciddi fəsadlar yarana bilər".

Qeyd edək ki, hazırda dünya üzrə bir sıra ölkələrdə botoksun yan təsirləri ilə bağlı məhkəmə işləri aparılır. ABŞ Qida və Dərman Administrasiyası da bu məsələyə diqqət ayıraraq, botoks məhsulları üzərində xəbərdarlıq etiketlərinin olmasını tövsiyə edib.

Mütəxəssislər bildirirlər ki, botoks prosedurlarını yalnız sertifikatlı və təcrübəli həkimlər həyata keçirməlidir. Həmçinin, pasiyentlər inyeksiyadan öncə öz tibbi keçmişlərini və sinir sistemi ilə bağlı hər hansı problemi həkimə bildirməlidirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
250 313 274 322 348 327

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.