AzizA

AzizA Sağlamlıq 30-09-2025, 09:30

Soyuqdəymə zamanı bu qidaları yeməyin!

Soyuqdəymə zamanı bu qidaları yeməyin!

Havaların soyuması ilə birlikdə artan soyuqdəymə və qrip hallarına qarşı həkimlər qida seçiminin vacibliyini vurğulayır. Mütəxəssislər bildirirlər ki, bəzi qidalar xəstəliyin gedişatını ağırlaşdıra və bədən müdafiəsini zəiflədə bilər.

Loading.Az xəbər verir ki, qadağan olunan əsas qidalar

Şəkərli və qazlı içkilər - İmmuniteti zəiflədərək bədənin viruslara qarşı müqavimətini azaldır.

Yağlı və qızardılmış yeməklər - Həzm sistemini yükləyir və bədən enerjisini xəstəliklə mübarizədən uzaqlaşdırır.

Soyuq içkilər və dondurulmuş məhsullar - Boğaz və burun yollarını iltihablandıraraq simptomları gücləndirir.

Çox duzlu məhsullar - Bədənin su balansını pozaraq öskürək və boğaz ağrısını artırır.

Spirtli içkilər - İmmuniteti zəiflədərək xəstəliklə mübarizəni çətinləşdirir.

Mütəxəssislər xəstələrə isti və yüngül qidalar, meyvə və tərəvəzlər, həmçinin bol maye qəbulunu tövsiyə edirlər. Həmçinin istirahət və yuxu rejiminə diqqət yetirmək də bərpa prosesini sürətləndirir.

Həkimlər qeyd edir: Qida seçimində diqqətli olmaq yalnız simptomları yüngülləşdirmir, həm də xəstəliyin müddətini qısalda bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
180 167 143 189 200 167

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.