AzizA

AzizA Maraqlı 30-09-2025, 18:30

Toyuğun ən faydalı hissəsi açıqlandı

Toyuğun ən faydalı hissəsi açıqlandı

Dietoloq Keti Drakford insanların çoxunun düşündüyü kimi, toyuğun ən faydalı hissəsinin sinə əti olmadığını bildirib.

Drakfordun sözlərinə görə, toyuğun ən faydalı hissəsi vərəyi (fileto) hesab olunur – bu, sinə ətinin alt hissəsinə bərkidilən daha incə ət parçasıdır. Onun üstünlüyü ondadır ki, demək olar ki, heç yağ ehtiva etmir, çox zərifdir və sinə ətinə nisbətən daha az qurudur.

Onun sözlərinə görə, 100 qram məhsulda cəmi 110 kalori, 25 qram zülal və təxminən 1 qram yağ var. Bundan əlavə, toyuq vərəyi kiçik ölçüsünə görə daha tez bişir. Onu salatlarda, pastada və digər yeməklərdə istifadə etmək olar.

Bununla yanaşı, Drakford bud və qanadların qəbulunu məhdudlaşdırmağı tövsiyə edib, çünki onların tərkibində yağ miqdarı çoxdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
183 206 200 175 206 254

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.