ice berg

ice berg Şeirlər 9-10-2025, 22:00

İnsan var, şəkildə ölür

İnsan var, şəkildə ölür

Yenə səhər…

Yenə həmin gün şüası

Evdəki tozu göstərir.

Yenə axşam…

Qaranlıq boş çarpayını

Saat doqquzu göstərir.

 

Nə mənası,

Ölmüşəmmi, qalmışammı?

Heç yadına düşürəmmi?

Kimə lazım,

Təkəmmi, qocalmışammı?...

 

Aman-güman

Məndə cəmi bir şəklin var

Baxıram əynin köhnəlib.

Həyatdı da…

Ömür var, şəkilnən keçir,

İnsan var, şəkildə ölür.

 

Yenə şəhər…

Yenə həmin insan seli…

Kölgələr əyilir camda.

Bəlkə də, biz

Ayrı-ayrı evdən çıxıb

Yan-yana itkin düşürük,

Hər gün eyni izdihamda.

 

 

#AqşinYenisey

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
230 216 215 218 292 237

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.