Erkən qərar
♻️Ucqar bir kənddə yaşlı bir adam yaşayırmış, çox kasıbmış amma kral belə onu qısqanırmış.
Çünki, dillərə dastan bəyaz bir atı varmış, kral bu at üçün sərvət təklif etmiş amma adam atını çox sevdiyi üçün satmaq istəməzmiş.
Bir gün baxıblar ki, at yoxdur. Kəndlilər qocanın başına toplaşıb:
'Bu atı səndə qoymayacaqları bəlli idi, krala satsaydın, sərvət qazanacaqdın və ömrünün sonuna qədər bəy kimi yaşayacaqdın' -dedilər.🌿
Qoca belə cavab verdi: 'Qərar vermək üçün tələsməyin. Sadəcə atım itib. Atımın itməyi bədbəxlik, yoxsa şans gətirəcəyi bəlli deyil.'
Kəndlilər qocaya bu sözünə görə çox güldülər. Aradan 15 gün keçmədi at geri qayıtdı.
Sən demə oğurlanmıyıb, dağlara qaçıb və gələrkən də vadidəki 12 atı da arxasınca gətirib.🌿
Bunu görən kəndlilər toplaşıb qocadan üzr istədilər: 'Sən haqlı çıxdın, atının itməsi sənə şans gətirdi. İndi bir at sürüsünə sahibsən.'
'Qərar vermək üçün yenə çox tələsirsiz.' - dedi qoca.
'Sadəcə atım geri gəlib, bilinən sadəcə budur. Nə olacağını hələ bilmirik.
Kəndlilər bu dəfə qocayla zarafat etmədilər, amma onun ağlını itirdiyini fikirləşməyə başladılar.
Bir həftə keçmədən atları tərbiyə etməyə çalışan qocanın tək oğlu atdan düşdü və ayağını qırdı.
Kəndlilər yenə qocanın yanına gəlib: 'Bu atların ucbatından oğlun ayağını qırdı, artıq sənə baxacaq heç kim yoxdu. Bundan sonra daha da kasıblaşacaqsan' - dedilər.
Qoca: 'Siz erkən qərar vermək xəstəliyinə tutulubsuz, həyat bu cür kiçik parçalar halında gələr və ondan sonra nələr olacağını sizə bildirməz'
Bir neçə həftə sonra müharibə başladı və kənddə qocanın oğlundan başqa bütün gəncləri müharibəyə apardılar.
Kəndlilər qocanın yanına gəlib : 'Yenə haqlı çıxdın, oğlunun ayağı qırıqdır, amma ən azından yanındadı, bizimkilərin isə geri dönəcəyini belə bilmirik. Oğlunun ayağını qırması bədbəxtlik deyil, şans imiş.'
🌹📚❤️🌺❓🤔Qoca belə dedi: 'Siz erkən qərar verməyə davam edin, heç kim nə olacağını bilməz. Bu vəziyətdə nəyin bədbəxtlik, nəyin şans olduğunu sadəcə Allah bilər.'
📚🤎🌹Sizlər də tələsik qərar verməyin. Həyatın kiçik bir hissəsinə baxıb tamamı haqqında qərar verməkdən uzaq durun. Yaşadıqlarınızın iləridə sizi hara aparacağını bilə bilməzsiz. Səbrlə və şükür edərək sadəcə həyatınıza davam edin...🦋💫







