ice berg

ice berg Sağlamlıq 15-10-2025, 15:00

Qoxubilmə hissinin itməsi ölüm XƏBƏRÇİSİDİR

Qoxubilmə hissinin itməsi ölüm XƏBƏRÇİSİDİR

Qoxubilmə hissinin zəifləməsi yaşlı insanlarda ölüm riskinin güclü göstəricisidir. "Qoxubilmə pozğunluğu 5 il ərzində yaşlı insanlarda ölümdən xəbər verir" adlı tədqiqatda 57–85 yaş arası iştirakçılardan beş tanış qoxunu – gül, nanə, dəri, portağal və balıq müəyyən etmələri xahiş olunub.

 

Loading.aZ xarici mediaya istinadla xəbər verir ki, tədqiqatda iştirak edən iştirakçıların 12 faizi beş il ərzində vəfat edib.

 

Ölənlərin 39 faizi ilkin testdən keçməyib, 19 faizində qoxubilmə qabiliyyəti ciddi şəkildə zəif olub. Yalnız 10 faizi isə kəskin qoxu hissinə sahib olub.

 

Mütəxəssislər bildirirlər ki, qoxu itkisi ölümün səbəbi deyil, sadəcə bədəndə baş verən ciddi dəyişikliklərin xəbərçisidir. Bu dəyişikliklər insanın ümumi sağlamlıq vəziyyətinin pisləşdiyinə işarə edə bilər və erkən tibbi müdaxilə tələb edə bilər.

 

Alimlər vurğulayırlar ki, belə dəyişikliklərə laqeyd yanaşmaq olmaz və müntəzəm müayinə vacibdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
176 167 185 174 189 169

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.