ice berg

ice berg İslam Dini 17-10-2025, 17:00

“Qədr” surəsində adı çəkilən ruh nədir?

“Qədr” surəsində adı çəkilən ruh nədir?

“Qədr”surəsində deyilir: “O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər” (4-cü ayə). Bu ayədəki ruhun nədən ibarət olması barədə alimlər arasında fərqli fikirlər vardır. Bəzi təfsirçilər burada vəhy mələyi olan Həzrət Cəbrailin (ə) nəzərdə tutulduğunu yazırlar. Qədr gecəsində Cəbrailin (ə) də yerə endiyi rəvayət olunur. Bəzi təfsirçilər ruhun mələklərdən biri olduğunu, amma qalan mələklərdən öz dərəcəsinə görə fərqləndiyini, hətta digər mələklərin onu yalnız Qədr gecəsində gördüklərini yazmışlar. Digər təfsirçilər isə ayədə ruhun mələklərlə yanaşı xatırlandığını əsas gətirərək, onu mələklərdən fərqli varlıq hesab etmişlər. Onların fikrincə, buradakı ruh mələklərdən fərqli, onlardan daha uca məqama malik olan bir varlıqdır. Ruhun konkret olaraq nədən ibarət olduğu barədə dəqiq məlumat yox dərəcəsindədir, mövcud izahlar mistik xarakter daşıyır.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
236 236 244 226 219 205

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.