ice berg

ice berg Sağlamlıq 24-10-2025, 15:00

Tez-tez yeyildikdə ömrü qısalda bilən məşhur məhsullar

Tez-tez yeyildikdə ömrü qısalda bilən məşhur məhsullar

Araşdırmalar göstərir ki, bəzi gündəlik qidalar sağlamlığa zərər verməklə yanaşı, insan ömrünü də qısalda bilər. Ən çox təhlükə yaradan məhsullar arasında fastfudlar xüsusi yer tutur.

 

Loading.aZ xarici KİV-ə istinadən xəbər verir ki, məşhur Miçiqan Universitetinin (ABŞ) alimlərinin apardığı araşdırmaya əsasən, bir porsiya hot-doq insanın ömrünü təxminən 36 dəqiqə, bir dilim pizza isə 10 dəqiqə azalda bilər.

 

Hansı məhsullar təhlükəlidir

 

Elm adamları potensial olaraq ömrü qısaldan məhsullar sırasında bekon, hamburger, eləcə də fıstıq yağı və cemlə hazırlanan sendviçləri qeyd ediblər.

 

Qidalanmadakı balansın önəmi

 

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) xəbərdarlıq edir ki, insanların çoxu gündəlik rasionunda həddindən artıq kalori, doymuş yağ, şəkər və duz qəbul edir, eyni zamanda meyvə, tərəvəz, yağlı balıq və liflə zəngin məhsullar çatışmır.

 

Mütəxəssislər bildirirlər ki, doymuş yağların artıqlığı qanda xolesterinin səviyyəsini yüksəldir, bu isə ürək-damar xəstəlikləri, yüksək təzyiq və insult riskini artırır. NHS nümayəndələrinin sözlərinə görə, sağlam qidalanma sevdiyiniz yeməklərdən tam imtina demək deyil əsas məsələ mülayimlik və balansdır.

 

Uzunömürlülüyün əsas sirri düzgün qidalanma

 

Proqnozlara görə, 2035-ci ilə qədər dünyada yaşlı insanların sayı əhəmiyyətli dərəcədə artacaq və bununla yanaşı, xroniki xəstəliklərin yayılması da çoxalacaq. Bunun əsas səbəbi həyat boyu balanslı qidalanma qaydalarına əməl edilməməsidir. Hazırda Böyük Britaniyada hər altı nəfərdən biri xroniki xəstəlikdən əziyyət çəkir, lakin növbəti onilliklərdə 65 yaşdan yuxarı hər dörd nəfərdən biri bu problemlərlə qarşılaşacaq. NHS mütəxəssislərinin fikrincə, uzunömürlülüyün əsası rasional qidalanmadır.

 

“Gündəlik rasionun üçdə birindən bir qədər çox hissəsini nişastalı məhsullar təşkil etməlidir. Bunlara kartof, çörək, düyü, makaron və dənli bitkilər daxildir. Bununla yanaşı, tərəvəz, meyvə və balığın miqdarını artırmaq da vacibdir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
192 162 167 156 181 159

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.