ice berg

ice berg Məsləhətlər 31-10-2025, 14:00

Ev bitkilərinin yarpaqları niyə saralır? Onları xilas etməyin yolu

Ev bitkilərinin yarpaqları niyə saralır? Onları xilas etməyin yolu

Ev bitkilərinin yarpaqlarında sarı və ya qəhvəyi ləkələrin yaranması bitki sahiblərinin ən çox rastlaşdığı problemlərdəndir. Bir çoxları bunu fəsil dəyişikliyi və ya işıq çatışmazlığı ilə əlaqələndirir.

 

Loading.aZ xarici mediaya istinadla xəbər verir ki, bitkilər üzrə ekspert Álvaro Pedrera bunun əsas səbəbinin çox zaman tam başqa olduğunu deyib.

 

Mütəxəssisin sözlərinə görə, otaq bitkilərinin 90 faiz hallarında məhvinin əsas günahkarı həddindən artıq suvarmadır. Artıq su köklərdə çürümə yaradır, nəticədə yarpaqlar rəngini itirir, saralma və ya uclarının qaralması müşahidə olunur. Pedrera qeyd edib ki, su torpaqda toplananda kök sistemi hava çatışmazlığından “boğulur” və bitkini qidalandıra bilmir - bu isə onun tədricən solmasına gətirib çıxarır.

 

Ekspert xəbərdar edir ki, kökləri çürümüş bitki kritik vəziyyətdədir, lakin onu xilas etmək mümkündür. Bunun üçün o, beş əsas addımı yerinə yetirməyi tövsiyə edir:

 

Bitkini qabdan çıxarın və kök topunun 1 gün ərzində havada qurumasına imkan verin. Köhnə torpağı tamamilə təmizləyin, artıq rütubət və bakteriyalar orada qala bilər.

 

Kökləri yoxlayın: qaralmış, yumşalmış və ya qurumuş hissələri kəsin, yalnız sağlam kökləri saxlayın.

 

Bitkini yeni, uyğun torpağa köçürün - düzgün drenaj və hava dövranı üçün. 4–5 gün su verməyin. Daha sonra daha az su və daha uzun aralıqlarla suvarmağa başlayın, yarpaqların vəziyyətini izləyin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
202 175 163 164 178 229

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.