Kukulka

Kukulka Xəbərlər 6-10-2017, 15:32

Övladına zəhər verib öldürən ANADAN XƏBƏR VAR: Məhkəmə qarşısında...

Övladına zəhər verib öldürən ANADAN XƏBƏR VAR: Məhkəmə qarşısında...
Övladına zəhər verib öldürən ANADAN XƏBƏR VAR: Məhkəmə qarşısında...




5 yaşlı qızını zəhərləyib öldürməkdə ittiham olunan Qusar rayon sakini Gülnarə Saypullayevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Loading.AZ Virtualaz.org saytına istinadən xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib. Hazırlıq iclası oktyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin iyun ayının 14-də Qusar rayonunun Hil kəndində baş verib. Kənddə fermada yaşayan Gülnarə Saypullayeva qızı, 5 yaşlı Luiza Saypullayevanın qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının zəhərlənərək öldürüldüyü müəyyənləşib.

Şübhəli şəxs qismində dindirilən G. Saypullayeva ilkin ifadəsində qızını ilan sancdığını deyib. Amma ekspertizanın rəyindən sonra məlum olub ki, qızcığaz zəhərlənib. Bundan sonra ana həqiqəti etiraf edib və südə zəhər qataraq uşağa içirtdiyini bildirib.
[/center]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
541 528 549 549 560 565

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.