ice berg

ice berg Xəbərlər 12-11-2025, 15:04

Türkiyə təyyarəsi Bakıdan paraddan qayıdan texniki heyəti aparırmış

Türkiyə təyyarəsi Bakıdan paraddan qayıdan texniki heyəti aparırmış

Ötən gün Gürcüstanda qəzaya uğrayan Türkiyə təyyarəsi Gəncə hava limanına noyabrın 11-də eniş edib.

 

Loading.aZ APA Agentliyinə istinadən bildirir ki, təyyarə Gəncə hava limanında 2 saat gözləmədə olub.

 

" Təyyarənin ekipajı hava gəmisinin göyərtəsini və hava limanının ərazisini tərk etməyib. Təyyarədəki heyət noyabrın 8-də Bakıda keçirilən hərbi paradda iştirak edən Türkiyənin F-16 təyyarələrinə texniki xidmət göstərən şəxslər olub. Onlar təyyarəyə minməzdən əvvəl hava limanının təhlükəsizlik qaydalarına uyğun, ən xırda detallarına kimi bütün prosedurlardan və yoxlamadan keçiblər. Bu proses hava limanının təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb" agentliyin xəbərində bildirilib.

 

Qeyd edək ki, dünən Azərbaycandan Türkiyəyə qayıdan təyyarə Gürcüstanda qəzaya uğrayıb. Təyyarədə olan 20 nəfərin hamısının həyatını itirdiyi bildirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
181 183 193 213 198 197

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.