AzizA

AzizA Sağlamlıq 13-11-2025, 13:30

Kimlərə süd içmək olmaz?

Kimlərə süd içmək olmaz?

Süd və süd məhsullarını tibbi göstəriş olmadan rasiondan çıxarmaq sağlamlığa mənfi təsir göstərə bilər.

Bunu rusiyal qastroenteroloq və hepatoloq Aleksandr Andreyev deyib. O bildirib ki, süd məhsulları orqanizm üçün vacib olan zülal, vitamin və minerallarla zəngindir.

"Süd, kəsmik, kefir və pendir tərkibindəki D, A, E, PP və B qrupu vitaminləri, eləcə də kalsium sayəsində sümüklərin möhkəmliyini qoruyur, əzələlərin və sinir sisteminin normal fəaliyyətini dəstəkləyir. Xüsusilə turş süd məhsullarının orqanizmdən çıxarılması bağırsaqların fəaliyyəti, həzm prosesi və immun sisteminin işi üçün mənfi nəticələrə səbəb ola bilər".

Süd məhsulları yalnız laktaza çatışmazlığı və ya bu məhsullara qarşı allergiya hallarında rasiondan çıxarılmalıdır.

Qidalanmada süd və süd məhsullarının balanslı şəkildə istifadəsi orqanizmin vitamin və mineral ehtiyacını ödəməyə, eyni zamanda sümüklərin, dişlərin və sinir sisteminin sağlam qalmasına kömək edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
162 143 153 102 158 135

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.