AzizA

AzizA Sağlamlıq 13-11-2025, 16:30

Satış rekordları qıran "qara" diş məcunları - Həqiqətən xeyri var?

Satış rekordları qıran "qara" diş məcunları - Həqiqətən xeyri var?

Kömür tərkibli diş pastaları indi populyardır, ancaq onların effektivliyi həmişə elmi əsaslarla təsdiqlənmir.

Bunu tibbi eksperti Natalya Urvantseva deyib.

"Qeyri-adi komponentlər, rəngli əlavələr və kömür tərkibli pastalar indi populyardır, çünki vizual olaraq cəlbedici görünür və marketinqdə "detoks", "təbiilik" və "eko" kimi vədlər verilir. Lakin bu pastaların effektivliyi həmişə elmi əsaslarla təsdiqlənmir.

Ağardıcı və kömür tərkibli pastalar ləkələri və rənglənmiş plaku aradan qaldıra bilər, amma onları həddindən artıq və ya gündəlik istifadə etmək təhlükəlidir. Bu, mina təbəqəsinin aşınmasına, dişlərin həssaslaşmasına və estetik bərpa işlərinin pozulmasına səbəb ola bilər. Xüsusilə kömür tərkibli pastalar yalnız qısa kurslar üçün tövsiyə olunur, davamlı istifadə edilməməlidir.


Həkim sonda dişlərin sağlamlığını və təbii ağlığını qorumaq üçün elmi əsaslı komponentlərdən istifadə etməyi məsləhət görüb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
139 143 143 161 168 122

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.