AzizA

AzizA Məsləhətlər 19-11-2025, 11:30

Su qabı alanda altına baxın - 304 və ya 316 rəqəmi yoxdursa...

Su qabı alanda altına baxın - 304 və ya 316 rəqəmi yoxdursa...

Valideynlərə uşaqlar üçün su qabı alarkən xüsusilə materialın təhlükəsizliyinə diqqət etmək tövsiyə olunur.

Keyfiyyətli və sağlamlıq üçün zərərsiz su qablarının üzərində 304 və ya 316 markalı paslanmaz polad göstəricisi olmalıdır.

Məlumatda bildirilir ki, 304 paslanmaz polad qida sənayesində geniş istifadə edilir və gündəlik istifadəyə tam uyğundur. Material paslanmağa davamlıdır və içməli suya zərərli maddələr buraxmır.

Daha yüksək keyfiyyətli hesab edilən 316 paslanmaz polad isə duzlu və turşulu mühitlərə qarşı daha dayanıqlıdır. Bu növ polad tibbi avadanlıqlarda da istifadə olunduğu üçün təhlükəsizlik baxımından bir qədər üstün sayılır.

Su qabının üzərində bu göstəricilərdən heç biri qeyd edilməyibsə, materialın keyfiyyətinə zəmanət yoxdur. Belə qablar zamanla paslana və içməli suyun tərkibinə zərərli maddələr ötürə bilər.

Valideynlərə uşaqları üçün su qabı seçərkən məhsulun üzərindəki material işarələrinə xüsusi diqqət yetirmələri tövsiyə edilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
191 207 180 237 232 200

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.