AzizA

AzizA Sağlamlıq 24-11-2025, 07:30

Beyin damarlarının fəaliyyətinə faydalıdır

Beyin damarlarının fəaliyyətinə faydalıdır

Niderlandın Maastrixt Universitetinin alimləri mütəmadi olaraq qızardılmış, duzsuz yerfındığını yeməyin beyin fəaliyyətini dəstəkləməyə və yaddaşın yaşla əlaqəli zəifləməsini yavaşlatmağa kömək edə biləcəyini müəyyən ediblər.

Tədqiqatın nəticələri "Clinical Nutrition" jurnalında dərc olunub.

Araşdırmada 60-75 yaş arası 31 nəfər iştirak edib. Onlar 16 həftə ərzində hər gün 60 qram qabıqlı yerfındığı yeyiblər. Dörd aydan sonra həkimlər beyin qan dövranında 3,6% artım və yaddaş göstəricilərində təxminən 6%-lik yaxşılaşma müşahidə ediblər. İştirakçılar həmçinin qeyd ediblər ki, onlarda təzyiq bir qədər azalıb.

Alimlər hesab edirlər ki, məsələ yerfındığının tərkibindədir. Onun tərkibində çoxlu bitki mənşəli zülal, L-arqinin, faydalı yağlar və polifenollar var. Bu maddələr damarları möhkəmləndirir və iltihabı azaldır. Qabığında isə orqanizmin müdafiəsini gücləndirən lif və antioksidantlar mövcuddur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
201 169 173 187 174 231

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.