ice berg

ice berg Texnologiya 26-11-2025, 10:00

Söyüş söyəndə bədənə "tok" verən qolbaq hazırlandı

Söyüş söyəndə bədənə "tok" verən qolbaq hazırlandı

İnsanı pis vərdişlərdən çəkindirmək məqsədi ilə elektron qolbaq hazırlanıb.

 

Loading.aZ xəbər verir ki, ABŞ-də yaşayan sahibkar Maneesh Sethi tərəfindən hazırlanmış elektrik şoku verən qolbaq yenidən müzakirə mövzusuna çevrilib.

Pis vərdişləri tərgitdirmək məqsədilə elektrik şoku verən "Pavlok" adlı ağıllı qolbaq davranış psixologiyasına əsaslanan aversiv metodla işləyir.

 

Pavlok istifadəçinin müəyyən etdiyi vərdiş baş verdikdə, məsələn, gecikmə, dırnaq yemə, sosial şəbəkədə çox vaxt keçirmə, söyüş söymə kimi hallarda vibrasiya, səs və ya yüngül elektrik impulsu göndərir.

 

İxtira ilk dəfə 2014-cü ildə təqdim olunub və o vaxtdan bəri həm maraq, həm də tənqid doğurur.

 

Cihaz "Shark Tank" verilişinə də çıxarılıb, lakin layihə investisiya əldə etməyib.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
193 208 252 217 225 178

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.