ice berg

ice berg Texnologiya 25-11-2025, 13:00

Mask dünyanı yenidən təəccübləndirdi - İnsanların işini indi robotlar görür

Mask dünyanı yenidən təəccübləndirdi - İnsanların işini indi robotlar görür

İlon Mask paylaşdığı yeni video ilə yenidən qlobal diqqəti üzərinə çəkib.

 

Loading.aZın məlumatına görə, Mask yayımladığı görüntülərdə "Optimus" adlı humanoid robotların müxtəlif sahələrdə həkim, polis, tikinti işçisi və hətta aşpaz kimi real tapşırıqları yerinə yetirdiyini nümayiş etdirib.

 

Videoda robotların tibbi müayinə prosedurlarını icra etməsi, patrul funksiyalarını simulyasiya etməsi, tikinti meydançasında yük daşıması və mexaniki işlər görməsi, eləcə də mətbəxdə yemək bişirib kulinariya tapşırıqlarını yerinə yetirməsi əks olunub.

 

Mask bundan əvvəl açıqlamışdı ki, yaxın illərdə hər il 1 milyon ədəd Optimus istehsal etməyi planlaşdırır. Bu isə onun sözləri ilə desək, "robot ordusu"nun formalaşması və bir çox peşələrdə insan əməyinin əvəzlənməsi deməkdir.

 

Ekspertlər bildirirlər ki, Optimus robotlarının bu tempdə inkişafı əmək bazarında ciddi dəyişikliklərə yol aça bilər. Onların tətbiqi təhlükəsizlik, sənaye və xidmət sahələrində insan iştirakını minimuma endirərək "robot iqtisadiyyatı"na keçidi sürətləndirə bilər.

 

Maskın paylaşımı sosial şəbəkələrdə geniş müzakirə edilib və bir çox istifadəçilər bunu "insan və robot rəqabəti dövrünün başlanğıcı" kimi dəyərləndiriblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
198 197 180 187 194 182

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.