ice berg

ice berg İslam Dini 25-11-2025, 17:00

313 ədədi İslamda nəyi ifadə edir?

313 ədədi İslamda nəyi ifadə edir?

Əvvəla, qeyd edək ki, dinimizdə rəqəmlərə və ədədlərə həddindən artıq məna yükləmək, ədədləri mistik mənada yozmaq düzgün sayılmır. 313 rəqəminə gəlincə, bununla bağlı dinlər tarixində bəzi məlumatlar vardır. Bu ədəd – tarix boyunca haqq yolda olan qoşunların tərkibindəki döyüşçülərin sayını ifadə edib. Məsələn, Həzrət Davud Peyğəmbərin (ə) zamanında Bəni-İsrailin mömin hökmdarı Talut düşmənlə döyüşə yollandığı zaman Allahın təyin etdiyi sınaqdan sonra onun qoşununda 313 nəfər düzgüm əqidəli döyüşçü qalmışdı. Həzrət Mühəmməd Peyğəmbərin (s) müşriklərlə ilk böyük savaşı zamanı da müsəlman qoşunu 313 nəfərdən ibarət idi. Eləcə də, hədislərə görə İmam Mehdi (ə) zühur edən zaman onun ətrafında 313 nəfər ən seçilmiş mömin tərəfdarı olacaq. Bu 313 nəfər dünyanın hər yerindən o həzrətin ətrafına toplaşacaq və onun öz ilahi missiyasını yerinə yetirməsinə yardım göstərəcək.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
273 249 214 286 226 265

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.