Nobelin 130 yaşlı Vəsiyyətnaməsi
Alfred Nobel 21 oktyabr 1833-cü ildə İsveçin paytaxtı Stokholm şəhərində mühəndis ailəsində anadan olmuşdur. O, kimyaçı-mühəndis və ixtiraçı olmuşdur. Nobel öz həyatı boyunca ciddi var-dövlət toplamışdır. Gəlirlərinin çox hissəsini 355 sayda ixtiralarından əldə etmişdir. Onların arasında ən məşhur ixtirası – dinamit partlayıcı maddəsidir. Nobel, fransa qəzetlərinin birində qəzet müxbirlərinin, qardaşı Lüdviqin Rusiyada ölüm xəbərinin onun özünün ölüm xəbəri ilə səhv saldığını aşkar edir. Bununla o, fikirləşdi ki, onu bütün bəşəriyyət gələcəkdə necə tanıyacaq?! Bundan sonra qərara gəldi ki, yaddaşlardan silinməmək üçün tarixə düşəcək bir Vəsiyyətnamə qoysun.
Məhz bu gün, yəni 27 noyabr 1895-ci ildə Parisin İsveç-Norveç klubunda Nobel öz vəsiyyətini belə imzalamışdır: “Mənim bütün daşınan və daşınmaz əmlakım öz qəyyumlarım vasitəsilə pula çevrilə bilən dəyərə sərf olunmalı, bu yolla yığılmış kapital etibarlı banka qoyulmalıdır. Qoyulan kapitaldan gələn gəlirlər, hər ötən il ərzində bəşəriyyətə daha çox xeyir gətirən şəxslərə mükafat şəklində hər il bölüşdürən Fonda aid olmalıdır. Qeyd edilən faizləri 5 bərabər hissəyə bölmək lazımdır, hansılar ki, bir hissəsi – fizika sahəsində olduqca vacib kəşf və ya ixtira etmiş şəxsə, o biri hissəsi – kimya sahəsində vacib kəşf və ya yenilik etmiş şəxsə, üçüncü hissəsi – fiziologiya və tibb sahəsində daha çox əhəmiyyət kəsb edən kəşf etmiş şəxsə, dördüncü hissəsi – idealist istiqamətində məşhur ədəbi əsər yaradan şəxsə, beşinci hissəsi isə - millətlərin birləşdirilməsi, köləliyin ləğvi və yaxud mövcud müharibələrin sayının azaldılması və sülh qurultaylarının keçirilməsinə kömək etməkdə çox mühüm əmanət gətirmiş şəxsə təxsis edilir. Mənim son dərəcə vacib xahişim ondan ibarətdir ki, mükafat verilən zaman namizədlərin milliyyəti nəzərə alınmasın”.
Nobelin vəsiyyətinin orijinalı

Nobel mükafatı laureatına təqdim olunan medal







