ice berg

ice berg Xəbərlər 28-11-2025, 09:00

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

Hazırda 2026-cı il üçün ali təhsil müəssisələrinin akkreditasiya qrafiki formalaşdırılmayıb. Milli Aviasiya Akademiyası, Azərbaycan Universiteti də daxil olmaqla, bəzi ali təhsil müəssisələrinin akkreditasiya müddəti başa çatmaq üzrə olduğu üçün onlar yenidən akkreditasiyadan keçəcəklər.

 

Loading.aZ AZƏRTAC-a istinadən bildirir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.

 

O bildirib ki, ali təhsil müəssisələrinə akkreditasiya qanunvericiliyə əsasən beş il müddətinə verilir:

 

"Şəhadətnamə müddətinin bitməsinə yaxın ali təhsil müəssisəsi prioritetlik əsasında qrafikə daxil edilir və məlumatlandırılır. Onlara özünütəhlil hesabatını hazırlamaq üçün vaxt verilir. Daha sonra agentlikdə müvafiq sahə üzrə ekspertlərin iştirakı ilə komissiyalar formalaşdırılır. Komissiyalar hesabatı araşdırdıqdan sonra sahə baxışına gedir və yekun hesabat hazırlayır. Bu proses ümumilikdə 3-6 ay çəkir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
219 200 201 193 186 177

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.