AzizA

AzizA Maraqlı 28-11-2025, 16:30

Bəzi qidalar xoşbəxtlik hormonunu artırır

Bəzi qidalar xoşbəxtlik hormonunu artırır

Bəzi qidaların sinir sistemi üzərində müsbət təsiri var. Qastroenteroloq Olqa Çistik orqanizmin xoşbəxtlik hormonu serotonin istehsalını artıran məhsulları açıqlayıb.

Onun sözlərinə görə, əsas rol triptofan adlı amin turşusuna aiddir. Orqanizm məhz bundan serotonini sintez edir. Lakin triptofan tək işləməz, ona köməkçi olan maddələr — B qrupu vitaminləri, maqnezium, sink və mürəkkəb karbohidratlar lazımdır. Bu maddələr amin turşusunun beyinə daxil olmasına və xoşbəxtlik hormonuna çevrilməsinə yardım edir.

Çistik qeyd edib ki, yağlı balıqlar (losos, skumbriya, sardina) orqanizmi omega-3 və D vitamini ilə təmin edir, bu xüsusilə qaranlıq aylarda əhəmiyyətlidir — dopamin səviyyəsini tənzimləyir və mövsümi yorğunluğa qarşı kömək edir. Yumurtalar və süd məhsulları isə B12 vitamini və sinklə zəngindir, bunlar beynin sabit işləməsi üçün vacibdir. Qoz-fındıq, giləmeyvə, tünd şokolad isə maqnezium və antioksidantlarla zəngindir — sinir hüceyrələrini qoruyur və stressi daha asan keçirməyə kömək edir. Paxlalılar, yulaf və bananlar isə serotoninin səviyyəsini yumşaq şəkildə yüksəldir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
198 206 171 177 168 180

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.