reklam
Brabus tüninqində Mercedes - FOTO Brabus tüninqində Mercedes - FOTO http://take.az/uploads/posts/2016-04/thumbs/1461513104_427666_02.jpg
♔Princess♔

♔Princess♔ Avto Dünya 24-04-2016, 19:58

Brabus tüninqində Mercedes - FOTO

Brabus tüninqində Mercedes - FOTO

"Brabus" tüninq-atelyesi artıq uzun illərdir ki, "Mercedes" markasının avtomobillərinin təkmilləşdirilməsi ilə məşğuldur. Növbəti iş yolsuzluq avtomobili "G 63"-ün təkmilləşdirilməsi oldu. Qeyd edilməlidir ki, studiya adətən avtomobillərin qara rəngini dəyişmirdi, lakin bu dəfə yolsuzluq avtomobili "Crazy Color" sırasından sarı rəngə çalır. Bu rəng ötən ildən bəri təkmilləşdirilmiş "Gelandewagen"-lər üçün əlyetərlidir.

Auto.az-a istinadən bildirilir ki, avtomobil "Widestar" asması alıb. Buna karbon plastikdən hava çıxıntıları olan modernləşdirilmiş kapot, damda spoyler, enliləşdirilmiş kandarlar və orijinal dizaynlı 23-düymlük təkər diskləri daxildir. Salonda yenilik çox azdır - oturacaqlarda sarı tikişlər və kandarlarda "Brabus" bəzəkləri.

Eksteryerdən əlavə "Brabus" yolsuzluq avtomobili "Mercedes-AMG G 63"-ün texniki hissəsini də təkmilləşdirib. İndi onun V8 5,5 mühərriki 700 a.g., 960 Nm verir (əvvəl bu rəqəm 571 a.g., 760 Nm idi). Bunun sayəsində 2550 kiloqramlıq tam ötürücülü "Brabus 700 Widestar" yerindən 100 km/saata 4,9 saniyəyə sürətlənir, maksimal sürət isə 240 km/saatdır.






Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
361 378 305 323 348 393

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.