AzizA

AzizA Sağlamlıq 29-11-2025, 08:30

Bu şirədən gündəlik istifadə orqanizmi gücləndirir

Bu şirədən gündəlik istifadə orqanizmi gücləndirir

Çuğundur tərkibindəki yüksək antioksidantlar, vitaminlər və minerallar sayəsində həm enerji səviyyəsini artırır, həm də orqanizmin müxtəlif funksiyalarını dəstəkləyir.

Çuğundur şirəsinin tərkibində olan nitratlar qan dövranını yaxşılaşdıraraq təzyiqin stabilləşməsinə kömək edir.

Eyni zamanda, bu içki idmanla məşğul olan şəxslərdə dözümlülüyü artırır və əzələlərin oksigenlə təminatını gücləndirir.

Çuğundur şirəsi qaraciyər fəaliyyətinin normallaşmasına, detoks proseslərinin sürətlənməsinə və həzm sisteminin daha yaxşı işləməsinə də müsbət təsir göstərir.

Dəmir və fol turşusu ilə zəngin olması səbəbindən qanazlığı yaşayan insanlara da tövsiyə edilir.

Çuğundur şirəsinin gündə 1 stəkan şəkildə qəbul edilməsi kifayət qədər fayda verir. Lakin qastrit və ya mədə turşuluğu yüksək olan şəxslərə içkini ehtiyatla istehlak etmək məsləhət görülür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
143 182 157 178 188 163

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.