AzizA

AzizA Texnologiya 29-11-2025, 09:30

“Sony” smartfonlar üçün ilk 200MP kamerasını təqdim etdi

“Sony” smartfonlar üçün ilk 200MP kamerasını  təqdim etdi

“Sony”, smartfon dünyasında inqilab edəcək ilk 200MP kamera sensoru olan LYT-901-i təqdim edib.

Bu addımla, yapon texnologiya nəhəngi uzun müddətdir Samsungun dominantlıq etdiyi yüksək keyfiyyətli sensor bazarına güclü bir rəqib kimi daxil olub.

Yeni LYT-901 sensoru, 1/1.12 düymlük ölçüsü və 0.7 mikron pikseli ilə rəqiblərindən fərqlənir.

Bu spesifikasiyalar, “Galaxy S25 Ultra”da istifadə edilən Samsung ISOCELL HP2 sensorundan daha böyük bir quruluşa işarə edir.

Sony, yeni sensorunda tam pikselli avtofokus və 4x-ə qədər itkisiz böyütmə kimi xüsusiyyətlər təklif edir.

Kütləvi istehsala başlayan və müştərilərə çatdırılmağa başlayan sensorun ilk olaraq OPPO Find X9 Ultra və Vivo X300 Ultra-da istifadə ediləcəyi gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
228 174 210 177 190 192

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.