amon

amon Xəbərlər 29-11-2025, 15:15

Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturu pilotsuz katerlərin hücumu nəticəsində zədələnib

Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturu pilotsuz katerlərin hücumu nəticəsində zədələnib

Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sisteminin dəniz terminalı noyabrın 29-i səhər saatlarında pilotsuz katerlərin hücumu nəticəsində zədələnib.

Bu barədə Sun.Az konsorsiumun mətbuat xidmətinə istinadən məlumat verir.

"Bu gün Moskva vaxtı ilə saat 04:06-da (Bakı vaxtı ilə 05:06-da - red.) konsorsiumun dəniz terminalının akvatoriyasında pilotsuz katerlərin məqsədyönlü hücumu nəticəsində ikinci yanalma qurğusu ciddi zədələnib. Yükləmə və digər əməliyyatlar dayandırılıb, tankerlər CPC akvatoriyasından kənara çıxarılıb", - məlumatda qeyd olunur.

Konsorsiumun işçiləri və podratçılar arasında xəsarət alanlar yoxdur.

"İlkin məlumata görə, Qara dəniz akvatoriyasına neft sızması baş verməyib", - məlumatda bildirilir.

Dəniz suyundan nümunələr götürülür, ekoloji monitorinq aparılır.

"Yanalma qurğusunun bundan sonra istismarı mümkün deyil. Terminalda yükləmə əməliyyatları pilotsuz kater və PUA təhlükəsi aradan qaldırıldıqdan sonra müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçiriləcək", - məlumatda qeyd olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
191 228 174 225 212 185

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.