ice berg

ice berg Xəbərlər 1-12-2025, 16:00

Bu gündən Azərbaycanda yeni qadağa qüvvəyə minir

Bu gündən Azərbaycanda yeni qadağa qüvvəyə minir

Oktyabrın onundan etibarən açıq elan edilmiş ov mövsümü rəsmi şəkildə başa çatıb.

 

Loading.aZ xəbər verir ki, bu barədə məlumatı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin nümayəndəsi Arzu Babayeva verib.

 

Onun sözlərinə görə bu gündən ölkənin bütün ərazisində ov etmək qadağandır. Xidmətdə aparılan monitorinq və müşahidələr göstərib ki, qlobal iqlim dəyişiklikləri ölkənin fauna sisteminə ciddi təsir göstərir.

 

Arzu Babayeva bildirib ki, Xəzər dənizində su səviyyəsinin enməsi quşların ənənəvi toplaşma, qışlama və yuvalama ərazilərini dəyişdirib. Bu dəyişikliklər bir sıra quş növlərinin miqrasiya marşrutlarına da təsir edib. Məhz bu səbəbdən ov mövsümünün məhdudlaşdırılması vacib hesab olunub.

 

Hazırda təbiətdə gedən proseslər xüsusi nəzarətdə saxlanılır və əldə olunan nəticələrdən sonra ov mövsümünün yenidən açılıb açılmaması barədə qərar veriləcək.

 

Xidmət rəsmisi vətəndaşlara mövcud qaydalara əməl etməyi və qanunsuz ovdan uzaq durmağı tövsiyə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
187 190 178 167 229 204

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.