ice berg

ice berg Programlar 1-12-2025, 19:00

"ChatGPT"də reklamlar olacaq

"ChatGPT"də reklamlar olacaq

OpenAI-nin "ChatGPT" tətbiqinin Android beta versiyasında reklam xüsusiyyətlərinə dair kod sətirləri aşkar edilib.

 

Loading.aZ xəbər verir ki, 1.2025.329 beta versiyasında "reklam xüsusiyyəti", "axtarış reklamı" və "bazar məzmunu" qeydləri mövcuddur. Bu, hələ ictimaiyyət üçün əlçatan olmasa da, OpenAI-nin platformada reklam təqdim etməyə hazırlaşdığını göstərir.

 

Aylar əvvəl "The Information" nəşri OpenAI-nin yaddaş və istifadəçi söhbətlərinə əsaslanan reklamları ChatGPT-də sınaqdan keçirməyi düşündüyünü xəbər vermişdi. 

 

Güman edilir ki, ilkin mərhələdə reklam modulları yalnız axtarış funksiyalarına inteqrasiya olunacaq, lakin gələcəkdə bu, süni intellekt ilə digər qarşılıqlı əlaqə növlərinə də şamil oluna bilər.

 

Son məlumatlara əsasən, hər həftə təxminən 800 milyon insan "ChatGPT"dən istifadə edir, gündəlik sorğu sayı isə təxminən 2.5 milyarddır. Ən böyük istifadəçi bazasına malik ölkə Hindistandır və o, bu göstəricidə ABŞ-ni geridə qoyub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
179 182 186 225 221 241

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.