ice berg

ice berg Ana və uşaq 1-12-2025, 22:00

Uşaqların sosial inkişafı üçün hansı işlər görülməlidir?

Uşaqların sosial inkişafı üçün hansı işlər görülməlidir?

Uşağın sosial inkişafı onun yaşına və inkişafına uyğun olaraq məsuliyyətlərini yerinə yetirməsi, digər şəxslərlə münasibət qura bilməsi, ailə və cəmiyyətin qaydalarına uyğun davranması deməkdir. Uşaqlar dil, fiziki, zehni, hissi baxımdan inkişaf etdikcə çevrələri də genişlənir. Beləliklə, ailə içində başlayan sosial münasibətlər dostluq münasibətləri və məktəb həyatı ilə davam edir.

 

Psixoloq Aynur Əliyeva deyib ki, ünsiyyət uşağın sosial keyfiyyətlərinin formalaşması üçün başlıca rol oynayır:

 

 "Əsasən, bu dövrdə valideyn ilə uşaq daha çox ünsiyyətdə olur. Uşağın sosial tərbiyəsi onun sosial inkişafının əsasını təşkil edir. Məhz, məktəbəqədər yaş dövründə uşaqlar və böyüklər arasında qarşılıqlı ünsiyyət yaranır. Erkən uşaqlıqda uşaqlar əşyalardan neçə istifadə etmək lazım olduğunu öyrənirlər. Daha sonra böyüklər onlar üçün bir obyekt olurlar ki, uşaqlar onların hərəkətlərini təkrar edir, onlar kimi davranırlar. Sosial tərbiyə, həmçinin uşağın başqalarının maraqlarına diqqət ayırması, işləri ilə maraqlanması, hər bir peşəyə, insanlara hörmətlə yanaşması, başqalarının kədərinə heyifslənməsi və sevincinə sevinməsi deməkdir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
231 227 219 230 218 225

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.