ice berg

ice berg Texnologiya 2-12-2025, 20:00

"PlayStation 5"in yenilənmiş versiyası istifadəyə verildi

"PlayStation 5"in yenilənmiş versiyası istifadəyə verildi

"Sony" şirkəti yenilənmiş "PlayStation 5" oyun konsolunun satışına başlayıb.

 

Loading.aZ bu barədə "WccfTech" nəşrinə istinadən məlumat verib.

 

Bildirilir ki, konsolun baza versiyası mühüm yeniləmə alıb. Belə ki, artıq cihazlarda maye metal əsaslı termal doldurucu istifadə olunur. Bu material istilik daşıyıcısının sızma ehtimalını azaldır və soyutma sisteminin effektivliyini daha da artırır.

 

Yenilənmiş soyutma sistemi CFI-2100/2200 indeksinə malik PS5 konsollarında tətbiq edilir. Köhnə versiya ilə müqayisədə yeni modeldə termoplastik elementin quruluşu qismən dəyişdirilib. Bu dizayn cihazın sıradan çıxma və termoelementin sızma riskini minimuma endirməyə kömək edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
193 233 210 230 225 198

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.