ice berg

ice berg Məsləhətlər 4-12-2025, 13:00

Qəhvə aparatını təmizləyərkən ən çox edilən 5 səhv

Qəhvə aparatını təmizləyərkən ən çox edilən 5 səhv


Qəhvə aparatı qəhvəni sürətlə hazırlaması və istifadəsinin rahat olması ilə məşhurdur. Lakin bu maşınların təmizliyi zamanı edilən bəzi səhvlər onların tezliklə sıradan çıxmasına səbəb ola bilər.

 

Loading.aZ təmizlik zamanı edilən səhvləri nəzərinizə çatdırır:

 

Türk qəhvəsi maşınlarının iç səthi xüsusi örtüklə hazırlanır. İstifadəçilərin ən çox etdiyi səhvlərdən biri, qəhvə tortularını çıxarmaq üçün sərt fırça və ya süngər istifadə etməkdir. Bu, iç örtüyü cızır, maşının performansını azaldır və nəticədə qəhvədə yanıq dadı əmələ gəlir.

 

Maşın hələ isti ikən birbaşa soyuq su ilə yumaq ciddi səhvlərdən biridir. Ani temperatur dəyişiklikləri metal örtüyə zərər verir və maşının dibinin çatlamasına səbəb ola bilər.

 

Bəzən istifadəçilər aparatın dibində qalan və qurumuş qəhvə çöküntüsünü bıçaq, spatula və ya qaşıq ilə çıxarmağa çalışırlar. Bu üsul iç örtüyün deformasiya olunmasına gətirib çıxarır və cızılmış sahələrdə qəhvə qalıqları asanlıqla yapışır.

 

Türk qəhvəsi maşınlarının cezvələrində istilik sensorları və elektrik bağlantıları var. Cezvəni tamamilə suyun altında yumaq tez-tez edilən səhvlərdəndir. Su dibə girəndə oksidləşmə baş verir və maşının elektron hissələrinə zərər verir.

 

Cezvənin altına daxil olan su, maşın işləyərkən qısa dövrə riski yaradır. Nəmli cezvə, maşının təhlükəsizlik sistemlərini işə yaramaz hala gətirir. Bu isə həm maşının işləməsinə mane olur, həm də təhlükəsizlik baxımından risklidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
155 145 195 168 187 183

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.