ice berg

ice berg Programlar 4-12-2025, 16:00

"Telegram"a yeni daxilolma üsulu tətbiq ediləcək

"Telegram"a yeni daxilolma üsulu tətbiq ediləcək

"Telegram" çatında FIDO2 standartının istifadəsi ilə yeni təhlükəsiz avtorizasiya funksiyasının sınaqları başlayıb.

 

Loading.aZ oxu.az-a istinadən xəbər verir ki, "Android" tətbiqi üçün son beta versiyada "Passkey" (giriş açarı) vasitəsilə hesaba daxilolma funksiyası nəzərdə tutulur. "Passkey" - ənənəvi parolları və SMS təsdiqləməsini əvəz edən texnologiyadır.

 

Giriş açarları istifadəçinin telefonundakı təhlükəsiz parollar menecerində (məsələn, "Google Password Manager", "Apple iCloud Keychain", "Samsung Pass" və s.) qorunur. Avtorizasiya üçün biometriya ("Face ID", barmaq izi) və ya telefonun PIN-kodu vasitəsilə şəxsiyyəti təsdiq etmək kifayətdir. Bundan sonra sistem avtomatik qaydada kriptoqrafik açar yaradır və ondan istifadə edir. Əlavə olunmuş açarların istifadəsini "Telegram"ın təhlükəsizlik parametrləri bölməsindən tənzimləmək olar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
183 179 186 233 234 207

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.