ice berg

ice berg Avto Dünya 5-12-2025, 19:00

Dünyada ən çox satılan elektrikli avtomobillər - SİYAHI

Dünyada ən çox satılan elektrikli avtomobillər - SİYAHI

Dünyada ən çox satılan 10 elektrik və "plug-in hybrid" avtomobillərindən 7-si Çin istehsalıdır.

 

Loading.aZ xəbər verir ki, bu barədə məlumat "CleanTechnica" nəşrinə istinadən yayımlanıb.

 

Məlumata görə, oktyabr ayında dünya üzrə bu tipli avtomobillərdən ən çox satılan model "Wuling Hongguang Mini EV" mikromobili olub. O, sentyabrın lideri "Tesla Model Y"ni qabaqlayıb.

 

"Wuling" elektrik avtomobili oktyabr ayı ərzində 61 500 ədəd satılıb, "Tesla Model Y" isə 53 300 ədəd satışla ikinci olub. Üçüncü yeri "Geely Geometry Xingyuan" 44 200 satışla tutub.

 

İlk 10-luqda qalan modellərin hamısı BYD markasına aiddir. Yalnız 7-ci yerdə qərarlaşan "Xiaomi YU7" istisnadır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
226 228 186 215 192 186

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.