ice berg

ice berg Texnologiya 5-12-2025, 20:00

Çində qidanın acılığını yoxlamaq üçün süni dil yaradılıb

Çində qidanın acılığını yoxlamaq üçün süni dil yaradılıb

Şanxayda Şərqi Çin Elm və Texnologiya Universitetinin tədqiqat qrupu qidanın acılığını təyin edə bilən bionik dil təqdim edib.

 

Loading.aZ xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

 

Cihaz quru süd, akril turşusu və xolin xloridinin qarışımı ilə əldə edilən yumşaq gel materialından hazırlanıb. Elektrik mənbəyinə qoşulduqda, xlorid və hidrogen ionları olan gel elektrik keçirməyə başlayır.

 

Qida nə qədər acı olarsa, elektrik keçiriciliyi bir o qədər azalır.

 

Sınaq zamanı süni dil səkkiz müxtəlif acılı qidanı sınaqdan keçirib və onlara 0-dan (acısız) 70-ə (maksimum acılı) qədər bal verib.

 

Nəticələr demək olar ki, insanların verdiyi qiymətlərlə tamamilə üst-üstə düşüb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
203 181 205 205 204 239

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.