ice berg

ice berg Məşhurlar 10-12-2025, 18:00

İlin aktyoru seçildi

İlin aktyoru seçildi

"Time" jurnalının açıqlamasına görə, Leonardo Di Kaprio “ilin sənətçisi” adını qazanıb.

 

Loading.aZın məlumatına görə, jurnal vurğulayır ki, 30 ildən artıq karyerası olan aktyor tipik Hollivud superulduzu obrazından təəccüblü dərəcədə uzaqdır.

 

Nəşrin fikrincə, o, hələ də “Bu oğlanın həyatı”, “Gilbert Qreypi nə narahat edir?” və ya “Romeo + Cülyetta” filmlərindəki açıqürəkli və həssas gənci xatırladır, baxmayaraq ki, onun “ulduz kimi mavi” gözləri artıq tam bir Hollivud simvoludur.

 

Jurnal qeyd edir ki, yeddi dəfə “Oskar” mükafatına namizəd olan və 2016-cı ildə qalib gələn Di Kaprio ilk baxışda riskli görünən, lakin sonradan böyük yaradıcı uğura çevrilən layihələri seçmək kimi nadir bir istedada malikdir. Aktyor öz intuissiyasına etibar edir, güvəndiyi insanlarla işləyir və onun üçün mənası olan filmlərə özünü tam şəkildə həsr edir.

 

Jurnal yazır ki, tamaşaçılar onun ekranda böyüməsinin şahidi olublar - gənclik rollarından tutmuş kişi kimliyinin müxtəlif modellərini, o cümlədən zəiflikləri və daxili ziddiyyətləri araşdıran mürəkkəb dramatik obrazlara qədər.

 

Qlobal superulduz statusuna baxmayaraq, onun daxilində “valideynlərini kastinqlərə aparmağa razı salan oğlan” hələ də yaşayır.

 

“Onun istədiyi tək şey həmişə aktyor olmaq olub”, - mənbə bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
224 244 228 223 213 218

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.