ice berg

ice berg Xəbərlər 11-12-2025, 09:00

Trampa daha bir qadağa - Şəklini dolların üstünə vura bilməyəcək

Trampa daha bir qadağa - Şəklini dolların üstünə vura bilməyəcək

ABŞ Senatında demokrat senatorlar Ceff Merkli və Ketrin Kortez Masto yaşayan prezidentlərin şəkillərinin əskinas və sikkələrdə istifadəsini qadağan edən qanun layihəsi təqdim ediblər.

 

Loading.aZ xəbər verir ki, cəmi bir səhifəlik layihə həyatda olan və ya hazırkı prezidentin şəklini daşıyan ABŞ valyutasının buraxılmasını qadağan edir.

 

Sənəd, ABŞ-ın 250 illiyi üçün planlaşdırılan və Donald Trampın təsviri olan bir dollarlıq sikkə seriyasının qarşısını almağı hədəfləyir.

 

Senatorlar bildiriblər ki, ABŞ-da monarxiya ənənəsi olmadığı üçün yaşayan prezidentlərin sikkələrdə yer alması düzgün deyil.

 

Qeyd edək ki, ABŞ tarixində belə təcrübə mövcud deyil.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
212 216 170 188 199 171

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.