ice berg

ice berg Programlar 11-12-2025, 08:17

"Google Maps"də sürücülər üçün FAYDALI FUNKSİYA

"Google Maps"də sürücülər üçün FAYDALI FUNKSİYA

"IOS" üçün "Google Maps" tətbiqi avtomobilin parklanma yerini avtomatik müəyyən edən və yadda saxlaya bilən yeni funksiya əldə edib.

 

Loading.aZ  xəbər verir ki, bu barədə "MacRumors" nəşri məlumat yayıb.

 

Yeni funksiya istifadəçinin səfər zamanı "Google Maps" açıq olduqda smartfonun USB, "Bluetooth" və ya "CarPlay" vasitəsilə avtomobilə qoşulması ilə aktivləşir. Hərəkət başa çatdıqdan sonra tətbiq avtomobilin parklanma yerini avtomatik olaraq xəritədə işarələyir və həmin məlumatı 48 saata qədər yadda saxlayır. İstifadəçi yenidən yola düşdüyü anda bu işarə avtomatik şəkildə silinir.

 

Qeyd edək ki, əvvəllər parklanma yerini yadda saxlamaq mümkün olsa da, bunu menyudan müvafiq bölməni seçərək əl ilə etmək lazım gəlirdi. Yeni funksiya isə prosesi tam avtomatlaşdırır. Bundan başqa, parklanma yerini göstərmək üçün artıq standart "P" işarəsi deyil, müxtəlif avtomobil ikonalarından istifadə olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
178 192 172 204 189 187

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.