Hər kəsdən bir parça
Neyləyək olmadı, çatmadı gücüm,
Elə bil, tutmadı bücünlə bürcüm.
Səni ürəyimdən çıxarmaq üçün,
Gərək ürəyimi çıxardım, olmur.
Qismət Rüstəmov
Rəssam... mən çox danışanam,
Sən susduğum yerləri çək.
Barışanda mən çəkirəm,
Sən küsdüyüm yerləri çək.
Çək gözümün qarasını.
Ağrısını, yarasını.
Mən ömrümün hamısını...
Sən kəsdiyim yerləri çək...
Saçdakı dəndənmi deyim?
Qəlbdəki qəmdənmi deyim?
Gözdəki nəmdənmi deyim?
Yox olan məndənmi deyim?
İndi sənə sizmi deyim, sənmi deyim?
Səndən ötrü çox darıxmışam...
Aradan nə qədər il keçib görən,
Tanıya bilmədim, məni bağışla
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla.
Mənə əmanətdir sənin yoxluğun,
Ona özümdən də yaxşı baxıram.
Nə bədbəxt insanam səni itirib,
Sənin yoxluğuna sahib çıxıram...






