AzizA

AzizA Ana və uşaq 25-12-2025, 12:30

Uşaqların idman etməsi ilə bağlı bilinən yanlışlar

Uşaqların idman etməsi ilə bağlı bilinən yanlışlar

Yanlış: Uşaq basketbol oynayarsa, boyu uzanar.

Düzgün: Uşaqlarının boylarının uzunluğunu müəyyən edən faktor valideynlərinin boylarıdır. Təbii tək faktor bu deyil. Qidalanma, həyat tərzi və uşağın sağlamlığı da buna təsir edir. Daima idmanla məşğul olan uşaqlarda da onurğada düzgün inkişaf gedir. Amma bu demək deyil ki, təkcə idmanla boy uzatmaq mümkündür.

Yanlış: Uşaq idmanla çox məşğul olsa, boyu qısa qalar.

Düzgün: Bəzi idman növlərində boyun qısa qaldığı iddia edilir. Amma bu düzgün məlumat deyil. Müəyyən travma və zədələrdən sonra boy qısa qala bilər. Amma bunu hər hansı idman növü əlaqələndirmək düzgün deyil. Hər idman növünün özünə görə təhlükəsi var.

Yanlış: Ayaq burxulduqda yenidən təkrarlanacaq.

Düzgün: Ayaq burxulması zamanı ayaqdakı bağlarda müxtəlif zədələr meydana gəlir. Müalicədən sonra idmana davam etmək mümkündür. Əgər kifayət qədər müalicə olunmayıbsa, təkrarlanma halları ola bilər.

Uşağı idmana yazdırmadan əvvəl mütləq oxuyun!

Uşaq idmana başlayarkən sağlamlığı bacarıqlı həkim tərəfindən dəyərləndirilməlidir.

İdman edərkən bilincli və profesional şəkildə etməlidir. Bu yaralanmaların qarşısını alar.

Uşaqlar bir çox idman növü ilə məşğul olmalı, bir növə istiqamətlənmək üçün 11-12 yaşa çatmalıdır.

Hər hansı yaralanma zamanı, zədəyə yüklənmə olmamalı, zədəni incitməyən hərəkətlər edilməlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
186 213 173 232 205 206

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.