AzizA

AzizA Şeirlər 25-12-2025, 16:30

Ramiz Rövşən - Nərdivan

Ramiz Rövşən - Nərdivan

Hara çıxır bu nərdivan,

Bəlkə yerdən göyə çıxır?
Kimi mahnı deyə-deyə,
Kimi söyə-söyə çıxır.

Kimi basır başımızdan,
Kimi dartır qıçımızdan,
Ən hündürə çıxan adam
Hamımıza yiyə çıxır.

Dırmaşır, hamı dırmaşır,
Adam-adama dırmaşır,
Bizə baxıb tanrı çaşır:
«Bu zalımlar niyə çıxır?!..»

Çıxır qocası-cavanı,
Bir deyən yoxdu: «Dayanın!..
Son ucu bu nərdivanın
Yenə o dünyaya çıxır…»

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
238 206 257 260 210 266

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.