ice berg

ice berg Xəbərlər 29-12-2025, 17:00

Bakıda bütün avtobuslarda ödəniş bu yolla olacaq

Bakıda bütün avtobuslarda ödəniş bu yolla olacaq

NFC texnologiyasını dəstəkləyən yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi Bakı şəhəri üzrə nağdsız ödəniz sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında aktivləşdirilib.

 

Bu barədə loading.aZ AYNA-ya istinadən xəbər verir.

 

Məlumata görə, yeni sistem çərçivəsində tətbiq edilən əsas yeniliklərdən biri ardıcıl ödəniş imkanlarının genişləndirilməsidir. Hazırda sərnişinlər üçün ardıcıl ödəniş əməliyyatlarının sayı 1-dən 2-yə artırılıb. Bu imkan NFC layihəsinin ilkin mərhələsində təqdim edilir. İlkin mərhələnin nəticələrinə əsasən gələcəkdə ardıcıl ödəniş əməliyyatlarının sayının artırılması planlaşdırlır.

 

Yeni sistem sərnişinlərə əlavə üstünlüklər təqdim edir. Artıq nağd pul və ya fiziki “BakıKart”ın daşınmasına ehtiyac qalmır – telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazı validatora yaxınlaşdırmaq kifayətdir – ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.

 

Sərnişinlər avtobuslarda ödəniş etdikdə yalnız NFC dəstəkli yerli bank kartları, həmçinin smartfon və fiziki kartdan istifadə etməlidirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
173 175 183 224 167 222

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.