SEVGİ NƏDİR?
⸻
SEVGİ NƏDİR?
Müəllif: Elvin İlqaroğlu
Sanırsan ki, çox asandır,
Bir içimlik sudur sevgi.
Dedin, güldün, oldu, bitdi,
Elə bildin budur sevgi?
Hər sevginin çöhrəsində
Gülüş olmur gözəl insan.
Hər sevirəm deyən bir kəs,
Həmən olmur özəl insan.
Sevməyin də bir həddi var,
Sənə demir qudur sevgi.
Sevgisiylə yol azanı,
Burulğan tək udur sevgi.
Sevgi yolu məşəqqətdir,
Sevgi yolu keçməkədir.
Bir insanda sevgi yoxsa,
O insan da demək heçdir.







