Boreç

Boreç özünü 😔 qəmli hiss edir. Şeirlər 2-01-2026, 23:40

Bir az poeziya

Bir az poeziya

Mən necə deyim ki darıxmamışam?! 

Gözlərin gözümdən getmir ki sənin. 

Unutmaq ölümdü, unutmamışam, 

Yerin ürəyimdən itmir ki sənin. 

____________________________________

Nələr çəkdim yolunda mən, 

Olanmadım solunda mən. 

Bir gün sənin qolunda mən, 

Gəlib ölsəm utanarsan? 

_____________________________________

Çarə deyil unutmağa uzaqlar, 

Sən ürəkdə, ürək məndə deyilmi? 

_____________________________________

Eşqinə yiyə çıx, əldə qalmayım, 

Divanə olmayım, dildə qalmayım, 

Havada soyuqdur, çöldə qalmayım, 

Olarmı bu gecə yunuxna gəlim? 

______________________________________

Kaş külək olardım əsəndə sənin, 

Qara tellərinə toxunmaq üçün. 

Kaş şeir olardım kitab rəfində, 

Qəmli günlərində oxunmaq üçün. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
271 245 269 296 278 262

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.