ice berg

ice berg Sağlamlıq 7-01-2026, 20:00

Bayramdan sonra sağlamlığa qayıdış: Mütəxəssisdən vacib tövsiyələr

Bayramdan sonra sağlamlığa qayıdış: Mütəxəssisdən vacib tövsiyələr

Bayram süfrəsindən sonra orqanizmin təhlükəsiz şəkildə bərpa olunması üçün “qənaətli qidalanma” prinsipinə əməl etmək, orta səviyyəli fiziki aktivliyi artırmaq və su balansını bərpa etmək lazımdır. 

 

Loading.aZ xəbər verir ki, bu haqda tibb elmləri namizədi Oleq Morunov lenta.ru-ya açıqlamasında bildirib.

 

Mütəxəssisin sözlərinə görə, su balansını bərpa etmək üçün təmiz, ilıq suyu az-az qurtumlarla içmək tövsiyə olunur. Həmçinin şəkərsiz quru meyvə və ya itburnu kompotları da faydalıdır.

 

Oleq Morunov bayramlardan sonra “qənaətli qidalanma” prinsipinə riayət etməyi də məsləhət görüb. Belə ki, rasiondan qızardılmış, acı və hisə verilmiş yeməklər çıxarılmalıdır. Həkimin sözlərinə görə, qidalanmanın əsasını suda bişirilmiş yulaf və düyü sıyıqları, tərəvəz və meyvələr (mülayim miqdarda), az yağlı kefir və kəsmik təşkil etməlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
183 152 160 178 152 147

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.