AzizA

AzizA Sağlamlıq 7-01-2026, 22:30

Bu pəhriz xərçəngə yol aça bilər

Bu pəhriz xərçəngə yol aça bilər

Populyar ketogen pəhriz də daxil olmaqla, yüksək yağlı qidalanma qaraciyər xərçənginin inkişaf riskini artıra bilər.

Bu barədə "The Sun" nəşri Massaçusets Texnologiya İnstitutunun (MIT) alimlərinin apardığı araşdırmaya istinadən məlumat yayıb.

Araşdırmaya görə, yüksək yağlı pəhrizin yaratdığı stres şəraitində qaraciyər hüceyrələri normal funksiyalarını yerinə yetirməyi dayandırır və daha ibtidai vəziyyətə qayıdır. Zaman keçdikcə bu dəyişiklik qaraciyərin funksionallığını zəiflədir və onu şişlərin inkişafına qarşı daha həssas hala gətirir.

MIT alimləri siçanlar üzərində apardıqları təcrübələr zamanı uzun müddət yağlı qidalarla qidalanmanın iştirakçıların demək olar ki, hamısında qaraciyər xərçənginin yaranmasına səbəb olduğunu müşahidə ediblər.

Bundan əlavə, oxşar dəyişikliklərin insan qaraciyər toxumasında da baş verdiyi qeyd olunub. Yağlı pəhriz zamanı qaraciyərin normal fəaliyyətinə cavabdeh olan genlər passivləşir, şişin böyüməsini təşviq edən proseslərlə əlaqəli genlər isə aktivləşir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
180 152 197 154 177 164

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.