AzizA

AzizA Sağlamlıq 7-01-2026, 09:45

"Nestle"nin uşaq qidalarında bakteriya aşkar edildi

"Nestle"nin uşaq qidalarında bakteriya aşkar edildi

İsveçrənin "Nestle" şirkəti ürəkbulanma və qusmaya səbəb olan toksinin mövcudluğu ehtimalı səbəbindən 25 ölkədə SMA, BEBA və NAN da daxil olmaqla bir neçə uşaq qidası partiyasının geri çağırıldığını elan edib.

Loading.az xəbər verir ki, bu barədə "Reuters" şirkətin açıqlamasına istinadən məlumat yayıb.

Məlumata görə, geri çağırılma Rusiya və Qazaxıstanla yanaşı, Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, İrlandiya, İtaliya, Norveç, Finlandiya, Fransa və İsveçrədəki partiyalara da təsir edib.

Şirkət xəbərdarlıq edib ki, körpə qidalarına "bacillus cereus" bakteriyası tərəfindən hasil olunan sereulid toksini ola bilər.

"Nestle" iddia edir ki, geri çağırılan məhsullarla bağlı konkret olaraq heç bir körpədə hər hansı bir infeksiya və ya onun əlamətləri aşkarlanmayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
148 193 184 164 170 156

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.