Elektrik böhranı: məktəb tətili 20 yanvaradək uzadıldı
Ukraynanın Dnepropetrovsk vilayətində elektrik enerjisinin kəsilməsi səbəbindən məktəblərdə tətil 20 yanvar tarixinədək uzadılıb. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, şəhərdə elektrik nəqliyyatı da fəaliyyət göstərmir. Məlumata görə, bölgənin bir hissəsi hələ də elektriksiz qalıb.
Qeyd edək ki, 7 yanvar tarixindən etibarən Dnepropetrovsk, Pavloqrad, Kamyanske, Zaporojjya və Krivoy Roq şəhərlərində "Geran-2" kamikadze pilotsuz uçuş aparatlarının hücumlarından sonra genişmiqyaslı elektrik kəsintiləri qeydə alınıb. Dnepropetrovsk vilayətində bütün birləşdirilmiş istilik elektrik stansiyaları və yarımstansiyalar müvəqqəti olaraq bağlanıb.






