İranda Abdanan və Məlikşahi rayonları etirazçıların əlinə keçdi
İranda etirazçılar Abdanan şəhəri və Məlikşahi rayonunu nəzarətə götürüblər. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Fox News televiziya kanalı məlumat yayıb.
İranın Milli Müqavimət Şurası (NCRI) Abdanan və Məlikşahinin etirazçılar tərəfindən ələ keçirildiyini bəyan edib.
Lakin bəzi mənbələr bildirir ki, polis qüvvələrinin müdaxiləsindən sonra Abdanan şəhərində asayiş bərpa olunub, Məlikşahi rayonunda isə vəziyyətin tamamilə normallaşdığı qeyd edilir.






