ice berg

ice berg Məşhurlar 12-01-2026, 07:00

“Heç vaxt yalnız pul üçün iş görməmişəm”

“Heç vaxt yalnız pul üçün iş görməmişəm”


Son dövrlərin ən çox danışılan aktyorlarından biri olan Burak Özçivit yenidən sosial mediada gündəmə gəlib. Bu dəfə səbəb pulla bağlı yayılan xəbərlər olub.

 

Məşhur aktyor X (əvvəlki "Twitter") hesabında paylaşım edərək belə deyib: "Mən heç vaxt yalnız pul üçün iş görməmişəm. Layihəni bəyənməyim, rolun mənə uyğun olduğunu hiss etməyim daha önəmlidir. Niyə hər zaman maliyyə mövzuları sosial mediada gündəmə gəlir, anlamıram."

 

Özçivitin bu sözləri həm də tənqidlərə səbəb olub.

 

Qeyd edək ki, Burak "Kara Sevda", "Çalıkuşu" və "Kuruluş Osman" kimi seriallarla karyerasını zirvəyə qaldırıb. Serialdan ayrıldıqdan sonra o, "İstanbulun ən gözəl qızı" adlı tək nəfərlik teatr tamaşası ilə diqqət çəkib.

 

Eyni zamanda, onun məşhur bir tikinti şirkəti ilə reklam müqaviləsi çərçivəsində 45 milyon lirə qazandığı, 10 nəqliyyat vasitəsindən ibarət lüks avtomobil kolleksiyası və Rivadakı şəxsi qarajının 4 milyon dollar dəyərində olduğu barədə uzun müddət xəbərlər yayılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
225 212 179 190 205 184

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.